BAKI, 13 fevral. TELEQRAF

Çin Ukraynaya humanitar enerji yardımı paketi göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlardan sonra bildirib.

O, görüşü mənalı və məhsuldar adlandırıb.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Çin tərəfinə Pekinin Ukraynaya əlavə humanitar enerji yardımı paketi vermək qərarına görə minnətdarlığını bildirib.