BAKI, 11 fevral. TELEQRAF

İsrail Qəzza zolağının müharibədən sonra idarə olunması üçün yaradılmış Sülh Şurasına rəsmi şəkildə qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Məlumata görə, Netanyahu Sülh Şurasına qoşulma sənədini Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə imzalayıb.