BAKI, 11 fevral. TELEQRAF

Ukrayna və Rusiya ABŞ-nin Donbasda azad iqtisadi zona yaratmaq təklifi ilə razılaşmırlar.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Bloomberg"ə müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, hazırda hər iki tərəf Donbasda azad iqtisadi zonanın yaradılması təklifinə tərəddüdlə yanaşır.

"Nə ruslar, nə də biz azad iqtisadi zona yaratmaq ideyasından məmnun deyilik. Bu məsələ ilə bağlı fərqli baxışlarımız var. Razılaşma belə idi: növbəti görüşdə bunu müzakirə edək" - Zelenski bildirib.

Zelenski Ukrayna ilə bağlı növbəti danışıqlar raundu 17 və 18 fevralda ABŞ-da baş tuta biləcəyini deyib.