BAKI, 11 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin növbəti ildönümündə fevralın 24-də ölkədə prezident seçkilərinin və sülh sazişi üzrə referendumun keçirilməsi planlarını bəyan edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilib ki, rəsmi Kiyev ABŞ-nin təzyiqi altında həm prezident seçkilərini, həm də sülh razılaşması ilə bağlı ümumxalq səsverməsini (referendumu) birlikdə keçirməyi planlaşdırır. Ukrayna rəhbərliyinə mayın 15-nə qədər səsvermə prosesini təşkil etmək üçün vaxt qoyulub.
Əgər müəyyən olunmuş müddətə qədər seçkilər baş tutmasa, Ukraynanın ABŞ tərəfindən verilən təhlükəsizlik zəmanətlərini itirəcəyi vurğulanır.