BAKI, 11 fevral. TELEQRAF
Polşa prezidenti Karol Navrotski Rusiya lideri Vladimir Putinlə bir şərtlə danışıqlara hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, görüşün yalnız Polşanın maraqlarına xidmət etdiyi təqdirdə mümkün olacağını deyib.
Navrotski Milli Təhlükəsizlik Şurasının iclasının açılışında deyib: "Əgər Polşanın maraqları tələb edərsə, mən buna hazır olacağam".
Ötən ilin sentyabr ayında Navrotski özünü Putinlə danışıq aparan şəxs kimi görmədiyini bildirmişdi. O, ABŞ Prezidenti Donald Trampın dünyada Rusiya lideri ilə danışıqlar apara bilən yeganə dövlət başçısı olduğunu iddia etmişdi.