BAKI, 11 fevral. TELEQRAF

Ukrayna danışıqlar prosesini sürətləndirmək məqsədilə Moskvaya rəsmi nümayəndə heyəti göndərmək variantını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Times of Ukraine" məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik zəmanətçiləri qismində ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin çıxış etməsi təklif olunur.

Qeyd edilib ki, planın texniki tərəfi artıq müzakirə olunur: "Onlar Kiyevdən gələn nümayəndə heyətini Polşada qəbul edəcək və oradan birlikdə Moskvanın "Vnukovo" hava limanına yola düşəcəklər".