BAKI, 11 fevral. TELEQRAF
Cari ilin yanvar ayı ərzində aparılan yoxlamalar nəticəsində 1 aptekdə reseptlə buraxılmalı olan dərman vasitəsinin reseptsiz satışı müəyyən edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövründə bu say 8 olub.
"Bütün hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi üzrə protokollar tərtib edilib", - məlumatda qeyd olunub.