BAKI, 11 fevral. TELEQRAF

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tambler-Ric şəhərində məktəbdə silahlı insident baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb.

Atışma nəticəsində 10 nəfər, o cümlədən hücum edən şəxs ölüb.

Məlumata görə, ölənlərdən altısının meyiti təhsil müəssisəsində aşkar edilib. Bundan başqa, polis hadisə yerinə yaxın yaşayış evində daha iki nəfərin cəsədini tapıb və onların ölümünün də insidentlə əlaqəli olduğu bildirilir.

Hazırda daha 25 nəfər tibbi müəssisədə müayinədən keçirilir.

Məlumata görə, təxmin edilən qadın atıcı da özünə xəsarət yetirərək ölüb və polis ictimaiyyət üçün əlavə təhdid olmadığını açıqlayıb.