BAKI, 10 fevral. TELEQRAF

Avropa Birliyinin Ukraynadakı münaqişənin həlli çərçivəsində Rusiyaya qarşı öz tələb siyahısı olmalıdır.

Teleqraf əbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib.

Onun sözlərinə görə, danışıqların bütün iştirakçıları, o cümlədən ruslar və amerikalılar, sülh müqaviləsi bağlamaq üçün Avropa İttifaqının razılığına ehtiyac duyduqlarını başa düşməlidirlər.

Bundan əvvəl Almaniyanın Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius Rusiyanı maksimalist tələblərindən imtina etməyə və Ukraynadakı münaqişəni həll etmək üçün real kompromislər axtarmağa çağırmışdı.

Fevralın 4-ü və 5-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi keçirilib.