BAKI, 2 fevral. TELEQRAF

Hindistan Rusiya neftini Venesuela nefti ilə əvəzləyəcəyinə razılıq verib.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

"Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışdım. O, Rusiya neftini almağı dayandıracağına və bizim vasitəmizlə Venesueladan neft alacağına razılıq verdi. Bu qərar hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək. Biz həmçinin tariflərin 25 faizdən 18 faizə endirilməsi ilə bağlı ticarət sazişi barədə razılığa gəldik" - Tramp qeyd edib.