ABŞ İrana qarşı hərbi əməliyyatları istisna etmir.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

O, bunun baş verməyəcəyinə ümidini ifadə edib: "ABŞ İrana diqqət yetirməklə Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmağa davam edəcək. İndi ABŞ-nin İranın hücumlarından müdafiə olunmaq üçün bölgəyə qüvvələr yerləşdirmək qabiliyyətini görürsünüz".

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp böyük Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.