BAKI, 28 yanvar. TELEQRAF
ABŞ-nin İrana qarşı hər hansı bir hərbi əməliyyatı İslam Respublikası tərəfindən müharibənin başlanğıcı kimi qəbul ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Liderinin siyasi müşaviri Əli Şamxani "X" sosial media platformasında yazıb.
"Cavabımız dərhal, hərtərəfli və misli görünməmiş olacaq. Təl-Əvivin ürəyini, təcavüzkarı və onu dəstəkləyən hər kəsi hədəf alacağıq" - Ə.Şamxani qeyd edib
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp böyük Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.