BAKI, 28 yanvar. TELEQRAF

Rusiyanın tikinti şirkətləri Suriyanın yenidən qurulmasında iştiraka hazırdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Suriya lideri Əhməd əl-Şara ilə görüşündə bildirib .

"Çox şeyin bərpa olunmasına ehtiyac olacaq. Bu sahədə iştiraka hazırıq", - Putin qeyd edib.

Putin Rusiyanın həmişə Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.