BAKI, 28 yanvar. TELEQRAF

Əbu-Dabidə keçiriləcək Rusiya-Ukrayna danışıqlarında ABŞ iştirak etməyəvək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Onlar bu həftə danışıqları davam etdirməyi planlaşdırırlar, bu dəfə ikitərəfli formatda. ABŞ-ın iştirakı mümkündür", - deyə o bildirib.

Rubio qeyd edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner danışıqların növbəti mərhələsində iştirak etməyəcəklər.

Əbu-Dabidə növbəti danışıqlar 1 fevralda keçiriləcək.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında iki günlük üçtərəfli danışıqlar yanvarın 24-də Əbu-Dabidə keçirilib.