BAKI, 28 yanvar. TELEQRAF
Litva hökuməti Rusiya və Belarusdan çənlərində 200 litrdən çox yanacaq olan nəqliyyat vasitələrinin ölkəyə girişinə qadağa qoyub.
Teleqraf xəbər verir ki, bu barədə Litva Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Sərhədi keçdikdən sonra çənlərdəki artıq yanacaq satış üçün boşaldılır.
Qeyd olunur ki, gün ərzində Rusiya və Belarusda qeydiyyatdan keçmiş təxminən 200 yük maşını Litvaya daxil olur. Əgər belə yük maşınlarının hər biri 500 litr dizel yanacağı ilə ölkəyə daxil olsa və onun müəyyən hissəsini "qara bazar"da satsa, bu il ərzində vergidən təxminən 2,2 milyon avronun yayınması olacaq.