BAKI, 28 yanvar. TELEQRAF
Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi razılaşma əldə edilib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubio Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı qeyd edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri barədə ümumi razılığa gəlinib. Razılaşmaya əsasən Avropa qoşunlarının kiçik bir kontingenti, əsasən Fransa, daha sonra isə ABŞ-nin qüvvələri Ukraynaya yerləşdiriləcək.