BAKI, 28 yanvar. TELEQRAF

"Apple2 şirkətinin baş direktoru Tim Kuk yanvar ayında Minneapolisdə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentləri tərəfindən iki nəfərin güllələnərək öldürülməsindən sonra şirkət işçilərinə daxili memorandum göndərib.

Teleqraf xəbər verir ki, memorandumun mətni "Bloomberg"in jurnalisti Mark Gurman tərəfindən əldə edilib.

Kuk Minneapolisdəki hadisələrdən şoka düşdüyünü bildirib və qurbanların ailələrinə, zərər çəkmiş icmalara başsağlığı verib. O qeyd edib ki, mövcud vəziyyət gərginliyin azaldılmasını tələb edir: "ABŞ-nin gücü mənşəyindən asılı olmayaraq hər bir insanın ləyaqətinə hörmət etməkdədir. "Apple" şirkəti həmişə bu dəyərləri bölüşür".

Kuk həmçinin bildirib ki, bu həftə ABŞ prezidenti Donald Trampla danışıb və bu danışıq zamanı öz mövqeyini ortaya qoyub. O, söhbətin təfərrüatını açıqlamayıb.