BAKI, 27 yanvar. TELEQRAF
Almaniya kansleri Fridrix Merz Avropa Birliyinin Qrenlandiyaya dəstəyinin müsbət nəticə verdiyini bildiib.
Teleqraf xəbər verir ki, Danimarka Baş naziri Mette Frederiksen və Qrenlandiya Baş naziri Yens-Frederik Nilsen ilə görüşü barədə paylaşım edən Merz bildirib: "Avropa oyandı. Daxilində birlik Qrenlandiya danışıqlarının uğuruna töhfə verdi. Təhlükəsizliyimizi təmin etmək üçün daha güclü səylər göstərəcəyik".