BAKI, 23 yanvar. TELEQRAF

2025-ci il avqustun 8-də Vaşinqton Sülh Zirvəsinin razılaşmalarının həyata keçirilməsi üzrə ABŞ-Ermənistan işçi qrupunun ikinci iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasda Ermənistanın ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulması təqdir olunub. .

Tərəflər “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu” (TRIPP) layihəsinin icra vəziyyəti müzakirə olunub.