BAKI, 23 yanvar. TELEQRAF

Ötən ilin 17–18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb.

Teleqraf xəbər verir ki, həmin mərhələdə iştirak edən 389 nəfər namizəd müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib və 131 nəfərin direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müsbət rəy verilib.

Müsahibə mərhələsində iştirak edən bütün namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumat göndərilib.