BAKI, 23 yanvar. TELEQRAF
Ukrayna, ABŞ və Rusiya nümayəndələri Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda münaqişəyə son qoymaq üçün parametrləri müzakirə edirlər.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalındakı açıqlamasında bildirib.
“Ukrayna nümayəndələri demək olar ki, hər saat mənə hesabat verirlər. Onlar hazırda Əbu-Dabidədirlər. Ukrayna, Amerika və Rusiya nümayəndə heyətləri bu gün oradadır. Artıq söhbətimiz olub. Onlar müharibənin bitməsi üçün parametrlər barədə danışırlar”, - deyə Zelenski bildirib.