BAKI, 8 yanvar. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores qaçırılan zaman yaralanıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Telesur" telekanalının efirində Venesuelanın daxili işlər, ədliyyə və sülh məsələləri üzrə naziri Diosdado Kabello bildirib.
O deyib ki, Prezident ayağından xəsarət alıb, həyat yoldaşı isə başından yaralanıb.
Xatırladaq ki, yanvarın 3‑də ABŞ Venesuelada hərbi əməliyyat keçirib və Prezident Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores tutularaq ABŞ‑yə gətirilib. Onlar yanvarın 5‑də Nyu‑Yorkun Cənub dairəsi Federal Məhkəməsində ifadə veriblər. Cütlük narkotik ticarəti və digər ittihamlarla üzləşsələr də, özlərini günahsız olduqlarını bildiriblər.