ABŞ-nin Florida ştatı Venesuela Prezidenti Nikolas Maduroya qarşı ittiham irəli sürülməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Florida ştatının qubernatoru Ron Desantis mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məsələ ştatın Baş prokurorluğu tərəfindən ştat səviyyəsində araşdırıla bilər:

"Biz bunu çox ciddi şəkildə nəzərdən keçiririk… məhz baş prokurorun ofisi vasitəsilə Nikolas Maduroya qarşı potensial olaraq ştat səviyyəsində cinayət işi qaldırıla bilər. Nikolas Maduro narkotik tədarükündə, xüsusilə də Floridaya yönələn daşınmalarda iştirak edib. N. Maduro həmçinin ölkəsindəki həbsxanaları boşaldaraq məhbusları sərhəd vasitəsilə ABŞ-yə göndərib və onların bir qismi Floridaya gəlib".