BAKI, 7 yanvar. TELEQRAF
Venesuela hakimiyyəti 3 yanvar 2026-cı il tarixində ABŞ-nin hərbi əməliyyatı nəticəsində həlak olan hərbçilər və mülki şəxslərin xatirəsinə 7 günlük milli matəm elan edib.
Teleqraf xəbər verir ki, bu barədə müvəqqəti prezident Delsi Rodrigez bildirib.
O, ABŞ-nin addımlarını cinayətkar hərbi hücum kimi qiymətləndirib. Onun sözlərinə görə, həyatını itirənlər vətənin müdafiəsi uğrunda canlarından keçiblər.
Rodrigez vurğulayıb ki, Venesuela suverenliyini qorumaqda qərarlıdır və baş verənlər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.