BAKI, 6 yanvar. TELEQRAF

Nikolas Maduroya qarşı qeyri-legitim və hüquqa zidd hücumu lənətləyirəm.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.

"Seçkilər yolu ilə vəzifəyə gələn, beynəlxalq ictimaiyyət tərəfindən hüquqi baxımdan təsdiqlənmiş Venesuela dövlətinin prezidenti Nikolas Maduronu hədəfə alan qeyri-legitim və hüquqdan kənar hücumu nifrətlə, şiddətlə və bütün aspektləri ilə təkcə qınamıram, tam şəkildə lənətləyirəm.

ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi müdaxilə ilə prezident Maduronu hakimiyyətdən haqsız və qanunsuz şəkildə uzaqlaşdırmaq cəhdi məlum və tanış bir qəsddir.

2016-cı ilin 15 iyulunda casus və xaşxaşi təşkilatını üzərimizə salan ABŞ Venesuelada bunun əvəzinə birbaşa müdaxiləyə əl atıb", - deyə Dövlət Bağçalı vurğulayıb.