BAKI, 6 yanvar. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller ABŞ-nin Venesuela məsələləri üzrə fəaliyyətini nəzarətdə saxlayacaq xüsusi qrupun tərkibinə daxil ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "NBC News" telekanalına müsahibəsində bildirib.
“Bu, ümumi bir qrupdur. Onların hər birinin müxtəlif sahələr üzrə öz səlahiyyətləri var”, - ABŞ lideri qeyd edib.
Tramp həmçinin vurğulayıb ki, ABŞ-nin Venesuela məsələlərində iştirakına görə əsas məsul şəxs məhz onun özüdür.