BAKI, 6 yanvar. TELEQRAF
ABŞ-də Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores barəsində işi üzrə məhkəmə dinləmələrinin 2027-ci ildən tez başlaması gözlənilmir.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, əsas dinləmələrdən əvvəl bir neçə ilkin məhkəmə iclası keçiriləcək. Həmin iclaslarda tərəflər bir-birinə sübutları təqdim edəcək, onları öyrənəcək və müxtəlif vəsatətlər qaldıracaqlar.
Məlumata əsasən, Nikolas Maduronun vəkili daha əvvəl "WikiLeaks"in qurucusu Culian Assanjı müdafiə etmiş Barri Pollak, Siliya Floresin vəkili isə Mark Donellidir. Təqsirləndirilən şəxslərin zərurət yaranarsa vəkillərini dəyişmək hüququ var.
"Bloomberg" qeyd edir ki, Venesuela liderinin və onun həyat yoldaşının azadlığa buraxılması ehtimalı azdır.