BAKI, 3 yanvar. TELEQRAF

Sağlam həyat tərzi hipertoniyanın qarşısını ala bilər.

Teleqraf xəbər verir ki, bu sözləri "İzvestiya"ya açıqlmasında kardioloq Denis Prokofyev deyib.

Onun sözlərinə görə, sağlam həyat tərzi, artıq çəkidən uzaq olmaq və zərərli vərdişlərin olmaması bu diaqnozun yaranma riskini minimuma endirir:

“Həkimlərə müraciət edən insanların əksəriyyətində təzyiqin qalxması stress, hava şəraitinin dəyişməsi, duzlu qidalardan və alkoqoldan sui-istifadə, eləcə də siqaret çəkmə fonunda müşahidə olunur. Simptomatik xarakter daşıyan təzyiq artımı demək olar ki, hər kəsdə olur. Lakin bəzi hallarda təzyiqin yüksəlməsinə səbəb olan amilləri aradan qaldırmaq arterial hipertoniyanın inkişaf riskini azaltmaq üçün kifayət edir”.

Kardioloq qeyd edib ki, insan təzyiq göstəricilərinin yüksəldiyini nə qədər tez aşkar edər və bunun səbəblərini müəyyənləşdirərsə, prosesi geri döndərmək bir o qədər mümkün olar.

O vurğulayıb ki, həkimlər diaqnoz qoyarkən əsasən 120/80 göstəricisini norma kimi qəbul edirlər.