BAKI, 3 yanvar. TELEQRAF

Türkiyənin Sinop vilayətinin Türkeli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf Haber Global-a istinadən xəbər verir ki, hadisə Türkeli–Ayancık avtomobil yolunun Yapı İnşaat Şantiyesi ərazisində qeydə alınıb.

Baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Məlumata görə, Yasin Ö.-nün idarə etdiyi avtomobil qarşı istiqamətdən gələn Rıdvan Ö.-nün sükan arxasında olduğu xarici dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində Tümerkan məhəlləsinin muxtarı Recep Kaya hadisə yerində, avtomobildə olan Avni Demirtaş isə xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib.

Hadisə zamanı ağır xəsarət alan Nafiye Şentürk təcili tibbi yardım vasitəsilə Türkeli Dövlət Xəstəxanasına aparılsa da, həkimlərin bütün səylərinə baxmayaraq xilas olunmayıb.

Bununla da qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Qəza zamanı xəsarət alan Yasin Ö. və xarici nömrəli avtomobildə olan bir nəfərin müalicəsinin xəstəxanada davam etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.