BAKI, 3 yanvar. TELEQRAF

Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi dünyadakı bütün Həcc missiyalarından ciddi şəkildə qeydiyyat prosedurlarının erkən bitirilmısini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Bildirlib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə başlanacaq və ayyarım ərzində yekunlaşacaq.

"Ona görə, Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasınsan asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixdə bitəcək", - məlumatda qeyd olunub.