GƏNCƏ, 3 yanvar. TELEQRAF
Moskvanın Domodedovo aeroportundan Gəncəyə uçmalı olan U6 2411 reysi təxminən 5 saatdan artıq gecikir. Eyni zamanda, geri uçuş üçün nəzərdə tutulmuş U6 2412 reysi də gecikməyə məruz qalıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, reyslər "Ural Airlines" şirkətinə məxsusdur.
Moskva-Gəncə istiqamətində sərnişinlərin sayı dəqiq məlum olmasa da, eyni reys üzrə Gəncədən təxminən 100 sərnişinin uçuşdan istifadə edəcəyi bildirilir.