ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsini 2026-cı ildə sona çatdırmaq şansı 20 faizdir.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını çökdürə bilməyib. Eyni zamanda münaqişənin uzanmasına görə məsuliyyət əsasən Rusiyanın üzərinə düşür. Rusiya Prezidenti Vladimir Putin daha çox ərazi, Ukrayna Silahlı Qüvvələri üçün minimum qoşun sayı və Kiyev üçün qeyri-müəyyən təhlükəsizlik zəmanətləri tələb edir. 2026-cı ildə sülh sazişinin bağlanma ehtimalı yalnız 20 faizdir".