BAKI, 3 yanvar. TELEQRAF

Vaşinqtonun İslam Respublikasına qarşı hər hansı aqressiv addımı İranın cavab tədbirləri görməsinə səbəb olacaq.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Onun sözlərinə görə, belə bir halda Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazaları İran üçün qanuni hədəf sayılacaq:

"Yaxın Şərq bölgəsindəki bütün Amerika bazaları və onların silahlı qüvvələri bizim qanuni hədəfimiz olacaq".