BAKI, 27 dekabr. TELEQRAF

Kiyevin ötən gecə Rusiya raketləri və dronlarının hücumuna məruz qalmasından sonra Polşa qırıcı təyyarələri Ukrayna ilə sərhədə doğru hərəkətə keçib.

Teleqraf "BBC News"a istinadən xəbər verir ki, məlumatı Polşa Müdafiə Nazirliyi yayıb.

"Qırıcı təyyarələr Polşanın hava məkanını qorumaq üçün profilaktik tədbirlər görüb. Qərbi Ukrayna ilə 530 kilometrlik sərhəddə Polşanın hava hücumundan müdafiə sistemləri və radar kəşfiyyatı həyəcan vəziyyətinə gətirilib" - məlumatda bildirilir.