BAKI, 27 dekabr. TELEQRAF

Rusiyanın Ukrayna qoşunlarını Donbasdan çıxarmaq marağı ordumuzun irəliləməsi fonunda azalıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin birgə qüvvələr qrupunun komandanlıq məntəqəsində çıxışı zamanı bildirib.

“Bu gün, hesabatlarınıza, təmas xəttində gördüyümüz tempə əsasən, Ukrayna hərbi birləşmələrinin ərazilərdən çıxarılmasında marağımız müxtəlif səbəblərdən sıfıra endirilib”, - deyə o bildirib.

Putin həmçinin Rusiya–Ukrayna sərhədi boyunca bufer zonanın yaradılması prosesinin yaxşı templə davam etdiyini vurğulayıb.