BAKI, 27 dekabr. TELEQRAF

2025-ci il ərzində bazar dəyərini ən çox artıran futbolçular müəyyənləşib.

Teleqraf “Transfermarkt”a istinadən xəbər verir ki, siyahıya Almaniyanın “Bavariya” klubunun oyunçusu Maykl Olise başçılıq edir. Fransalı vingerin dəyəri il ərzində 65 milyon avro artaraq 130 milyon avroya çatıb.

İlin sürpriz yüksəlişi isə İngiltərənin “Nyukasl Yunayted” komandasının hücumçusu Nik Voltemadedən olub. İlin əvvəlində 7,5 milyon avro qiyməti olan almaniyalı oyunçu hazırda 70 milyon avro dəyərindədir.

Fransanın PSJ klubunun portuqaliyalı yarımmüdafiəçisi Vitinyanın isə qiyməti 100 milyon avroya çatıb.

İspaniyanın “Real Madrid” klubunun türkiyəli oyunçusu Arda Gülər 45 milyon avro bahalaşaraq 90 milyon avro dəyərə malik olub. O, bununla da Türkiyə tarixinin ən bahalı futbolçusu olub.