BAKI, 6 dekabr. TELEQRAF

"X" sosial şəbəkəsinə tətbiq edilən cərimə “hələ başlanğıc”dır.

Teleqraf xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot sosial media səhifəsində "X" sosial media platformasına qoyulan 120 milyon avro cərimənin yalnız başlanğıc olduğunu bildirib.

"Bizi qorxutmağa imkan verməyəcəyik. Şəffaflıq burada əsas platformalar üçün məcburi tələbdir. Qaydalar hamı üçün eynidir. "TikTok" onları qəbul, "X" isə imtina etdi. Avropa Komissiyası hərəkətə keçdi və haqlı olaraq belə oldu. Bu hələ başlanğıcdır", - diplomat yazıb.

Dekabrın 5-də AK sözçüsü Tomas Rainier "X" sosial media şirkətinin Aİ-nin Rəqəmsal Xidmətlər Aktını pozduğuna görə 120 milyon avro (139,2 milyon dollar) cərimə olunduğunu açıqlayıb.