BAKI, 6 dekabr. TELEQRAF

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kristi Noem bildirib ki, ölkəyə girişə qadağa qoyulan dövlətlərin siyahısı 30-dan çox ölkəyə yüksələcək.

Teleqraf xəbər verir ki, bunu Noem "Fox News"a açıqlamasında deyib:

Hazırda səyahət qadağası həm immiqrantlara, həm də turist, tələbə və iş adamları kimi qeyri-immiqrant kateqoriyalara şamil olunur. Siyahı mövcud 19 ölkədən ibarətdir: Əfqanıstan, Myanma, Burundi, Çad, Kuba, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Laos, Liviya, Konqo Respublikası, Syerra-Leone, Somali, Sudan, Toqo, Türkmənistan, Venesuela və Yəmən.

Noem hansı yeni ölkələrin əlavə olunacağını açıqlamayıb.

Qadağanın genişləndirilməsi immiqrasiya qrupları və bəzi qanunvericilər tərəfindən kəskin tənqid olunub. Tənqidçilər bildirirlər ki, siyahıdakı ölkələrdən olan şəxslərin vətəndaşlıq mərasimlərinin ləğv edilməsi barədə məlumatlar narahatlıq yaradır.

“Dəqiq say deməyəcəyəm, amma 30-dan çoxdur və prezident daha çox ölkəni qiymətləndirir.”

Bu addım, keçən həftə Vaşinqtonda iki Milli Qvardiyaçının öldürülməsi ilə bağlı baş verən hadisədən sonra administrasiyanın immiqrasiya siyasətini daha da sərtləşdirdiyi fonda atılıb.