BAKI, 4 dekabr. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 tipli qırıcı təyyarənin Kaliforniya ştatında qəzaya uğradığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə yerli "ABC News" telekanalının regional bölməsi məlumat yayıb.

Məlumata görə, hadisə San-Bernardino dairəsi ərazisində, Trona hava limanı yaxınlığında baş verib. İnsident nəticəsində təyyarənin pilotu orta dərəcəli xəsarətlər alıb.

Hazırda hadisənin dəqiq səbəbi açıqlanmayıb. Qəzaya uğrayan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 olduğu ehtimal edilir.