BAKI, 1 dekabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya üçün hər hansı müddət müəyyən etmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Floridadan Vaşinqtona uçarkən jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Prezident bildirib ki, onun üçün əsas məqsəd müharibənin dayandırılmasıdır:

“Mənim üçün yeganə vaxt limiti müharibənin bitdiyi gündür”.

Daha əvvəl Tramp ABŞ və Ukrayna nümayəndə heyətlərinin Floridada keçirilən danışıqlarını “yaxşı” adlandırıb. O, Ukrayna ilə razılaşma əldə etmək üçün yaxşı şansın olduğunu vurğulayıb və bildirib ki, tərəflər danışıqlarda qarşılıqlı anlaşma nümayiş etdiriblər.