BAKI, 26 noyabr. TELEQRAF

Rusiya şirkətinin ABŞ-nin təşəbbüsü ilə "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu"(TRIPP) layihəsinə üçüncü tərəf kimi cəlb olunması barədə razılaşma yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

Nazir müavini vurğulayıb ki, layihəyə hansı ölkənin iştirak edəcəyi tərəflər – Ermənistan və ABŞ müəyyən etməlidir:

"Əlbəttə, hər tərəfin öz yanaşmaları var. Hər şey məsləhətləşmələr çərçivəsində həll olunacaq. Bütün qərarlar və şirkətlərin seçimi tərəflərin maraqlarına uyğun olmalıdır. Lakin ən öncə Ermənistan-ABŞ birgə şirkəti yaradılmalıdır. Hazırda müzakirələr məhz bu məsələ ətrafında aparılır".