BAKI, 13 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp federal hökumətin fəaliyyətinin 2026-cı il yanvarın 30-dək maliyyələşdirilməsini davam etdirməyi nəzərdə tutan qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, bununla da ABŞ 43 gün davam edən şatdaun başa çatıb.
Tramp bəyan edib ki, sənədin imzalanması ilə “federal hökumət normal iş rejiminə qayıdır”. O, eyni zamanda “şatdaun”un yaranmasında yenidən Demokrat Partiyasını ittiham edib.
Prezidentin sözlərinə görə, məhz onların səbəbindən ABŞ-də 20 minə yaxın aviareys ləğv edilib və ya təxirə salınıb, bir milyondan çox dövlət qulluqçusu maaşsız qalıb, aztəminatlı vətəndaşlar isə ərzaq təminatı proqramından ödəniş ala bilməyiblər.
Qanun layihəsi bundan əvvəl ABŞ Konqresi tərəfindən təsdiqlənmişdi.