BAKI, 7 noyabr. TELEQRAF

"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni görüşə hazırlıq bir neçə ay çəkə bilər, çünki Macarıstan hakimiyyəti görüşün Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşma ilə başa çatmasını istəyir, buna nail olmaq asan deyil".

Teleqraf xəbər verir ki, bunu baş nazir Viktor Orbanı Vaşinqton səfərində müşayiət edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

O, Macarıstanın Budapeştdə Rusiya-Amerika sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu, lakin hazırlıqların vaxt aparacağını təsdiqləyib.

"Biz bunu təbii qəbul edirik ki, belə çətin və qanlı müharibəyə son qoymaq və sülh sammitini uğurla keçirmək üçün hazırlıq lazımdır. Bu, həftələr, hətta aylar çəkə bilər; Məncə, bu, təbiidir. Ona görə də biz sülhə ümidimizi itirməməliyik, əksinə, səylərimizi gücləndirməliyik", - XİN rəhbəri bildirib.