BAKI, 6 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Senata müraciət edərək hökumətin fəaliyyətinin bərpası üçün “filibaster” - qanun layihəsini bloklamaq üçün müzakirələri sonsuz uzatmaq taktikasının tətbiqi qaydasının ləğv edilməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tramp ölkənin fəaliyyətinin bərpasının vacibliyini vurğulayıb.
“Bu gün ölkəni yenidən açmaq çox önəmlidir. Bunu bu gün günorta etmək üçün yeganə yol "filibaster" qaydasını ləğv etməkdir”, - o bildirib.
Hazırda ABŞ-də büdcə böhranı səbəbindən hökumətin fəaliyyəti qismən dayandırılıb.