BAKI, 4 noyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, gələn həftə ölkəyə ABŞ nümayəndə heyəti səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.

Bildirilir ki, səfərin əsas məqsədi pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı danışıqlar aparmaq olacaq.

“ABŞ-nin dron razılaşması (“drone-deal”) üzrə komandası gələn həftə Ukraynada olacaq”, - Zelenski açıqlayıb.