BAKI, 23 oktyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmən təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas "X" hesabında paylaşım edib.
"Yeni sanksiyalar Rusiyanın bankları, kriptovalyuta mübadilə mərkəzləri, eləcə də Hindistan və Çindəki bəzi təşkilatları hədəf alır. Aİ 19-cu sanksiya paketi çərçivəsində Rusiya diplomatlarının birlik daxilində hərəkətini məhdudlaşdıracaq. Yeni sanksiyalarla, Putinin müharibəni maliyyələşdirməsi daha da çətinləşdirilir",- paylaşımda deyilir.