BAKI, 20 oktyabr. TELEQRAF

Meksikada güclü yağıntılar nəticəsində baş verən daşqınlarda ölənlərin sayı 76-ya çatıb.

Teleqraf xəbər verir ki, fəlakət 5 ştatı əhatə edib, axtarış-xilasetmə işləri isə davam edir.

Hazırda 39 nəfərin isə itkin düşdüyü bildirilir.

Meksika Prezidenti Klaudiya Şeinbaum sosial şəbəkədəki paylaşımında daşqından zərər çəkmiş Puebla ştatının Pantepek qəsəbəsinə səfəri barədə məlumat verib.

Prezident bildirib ki, yerli hakimiyyətlə birlikdə yolların açılması, yardımların çatdırılması və zərərin qiymətləndirilməsi istiqamətində işlər görülür.