BAKI, 18 oktyabr. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı daha iki israilli girovun cəsədini saat 23:00-da (Bakı vaxtı ilə) Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, təhvil-təslimatın adları və yeri hələlik açıqlanmır.

Müvafiq bəyanat HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının "Telegram" kanalında dərc olunub.