BAKI, 18 oktyabr. TELEQRAF

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən əyləncə mərkəzində dekor divarı qonaqların üstünə uçub.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində 6 nəfər divarın altında qalaraq xəsarət alıb.

Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.