BAKI, 18 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşü asan keçməyib. Tramp sərt mövqe nümayiş etdirib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələri görüşü çətin adlandırıb, bəziləri isə pis keçdiyini bidirib. Portala görə, bəzi anlarda görüş “çox emosional” olub və Tramp bir neçə sərt bəyanat verib.

Görüş zamanı ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllini, xüsusilə də döyüş xətlərinin dondurulmasının vacibliyini vurğulayıb.

Nəşr onu da qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Vaşinqtonun hazırda Ukraynaya “Tomahawk” qanadlı raketlərini göndərmək niyyətində olmadığını vurğulayıb.

Mənbələrin sözlərinə görə, Tramp görüş zamanı diplomatiyanı əsas prioritet kimi gördüyünü, raket tədarükünün isə sülh səylərini poza biləcəyini vurğulayıb.

Ağ Evdə keçirilən görüşün əvvəlində ABŞ prezidenti qeyd edib ki, Vaşinqtonun özünə də “Tomahawk” və bəzi digər silah sistemləri lazımdır.